RU
Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıb
13:30
62

Yeni Günəşlidə avtomobil hissələri oğurlanıb, şübhəli bilinən 5 yeniyetmə saxlanılıb

Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış sahəsində "BMW” markalı avtomobilin salonundan 3000 manat dəyərində hissələr sökülərək oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 5 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ