RU
Yeni həmsədr Nalbandyanla görüşdü
19:04
408

Yeni həmsədr Nalbandyanla görüşdü

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş fransalı həmsədri Stefan Viskonti Ermənistanda xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Xatırladaq ki, Stefan Viskonti 2 gün öncə Azərbaycanda olub və Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Stefan Viskonti oktyabrın ortalarında ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə təyin olunaraq bu vəzifədə Pyer Andryunu əvəz edib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ