7NEWS.az xəbər verir ki, Yeni Zelandiyanın Baş Naziri Kristofer Luxon 1950-2019-cu illər arasında dövlət və ya kilsədə zorakılığa məruz qalmış yüz minlərlə uşaq və böyüklərdən üzr istəyib. Luxon "Bu gün mən bu üzrxahlığı həm öz adımdan, həm də əvvəlki hökumətlər adından edirəm. Mən çox təəssüf edirəm ki, Yeni Zelandiyanın sizin üçün daha yaxşısını etmədi" deyə bildirib.








