Yerevan Cənubi Qafqaz regionunda münaqişə tərəfi olan ölkələrə silah satılmasına tam embarqo qoyulmasını istəyir.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçaryan deyib.
“Mən regiondakı münaqişə tərəflərinin hamısı üçün silah satışına tam embarqo qoyulmasının tərəfdarıyam. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr-ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında buna nail ola bilərlər. Bu düzgün olardı”, - deyə Ş.Koçaryan Avstriyada çıxan Die Presse qəzetinə verdiyi müsahibədə vurğulayıb.
“Embarqo Ermənistana da şamil olunacaqmı” sualına cavabında nazir müavini deyib: “Təbii. Bunların hamısı həmsədrlərin nüfuzundan asılıdır”./virtuaiaz
7news.Az








