RU
Yetmiş üç min ədəd siqaretlə gömrükdə yaxalandı
13:30
284

Yetmiş üç min ədəd siqaretlə gömrükdə yaxalandı

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus "Mitsubishi Pajero” markalı, 10HF066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. 

7news.Az xəbər verir ki, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ