RU
Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
21:00
299

Yevlax-Bərdə magistralında avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb

Yevlax-Bərdə avtomobil yolunda yol qəzası baş verib.

Hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Z.Abdullayev, 1996-cı il təvəllüdlü E.Məmmədli və 1997-ci il təvəllüdlü İ.Yenalıyev xəsarət alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ