Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi prokurorluqda araşdırılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.
7NEWS.Az







