Bu gün Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ev yanıb.
7news.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadənxəbər verir ki, ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








