RU
Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib
20:30
212

Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu 7NEWS.Az-a açıqlamasında qeyd edib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7NEWS.Az-a bildirilib ki, məsələ nəzarətə götürülüb. Hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, atası tərəfindən bacısının ərinə zorla ərə verilən qadın hazırda Bakıdakı sığınacaqlardan birində yerləşdirilib. O, həmçinin zorakılığa məruz qalıb. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ