RU
Yıxılan qadına kömək etmək əvəzinə, videoya çəkdi - VİDEO
13:30
575

Yıxılan qadına kömək etmək əvəzinə, videoya çəkdi - VİDEO

Küveytdə çəkilmiş qandonduran video bütün  dünyanın diqqət mərkəzinə gəlib.

7News.az xəbər verir ki, videoda binanın 7-ci qatından yıxılmaq üzrə olan bir efiopiyalı qadın əks olunub. Xadimə qadın ev sahibinə yalvararaq "məni tutun" deyə qışqırır. Ev sahibi isə ona kömək etmək əvəzinə "dəli, gəl içəri" deyə cavab verir. O, xadiməyə kömək etməməkdən əlavə, onun çarəsiz halını videoya da çəkir. 

Efiopiyalı qadın isə bir neçə saniyə pəncərənin qırağından tutaraq özünü xilas etməyə çalışır. Lakin saniyələr sonra əlini buraxır və 7-ci mərtəbədən aşağı düşür.
 
O, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən xadimə qadın sağ qalıb. //bakipost

7News.az

Yıxılan qadına kömək etmək əvəzinə, videoya çəkdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ