RU
Yol çökdü, avtomobil və insanlar çuxura düşdü
14:50
430

Yol çökdü, avtomobil və insanlar çuxura düşdü

Portuqaliyanın İspaniya ilə sərhədindəki Borba bölgəsində avtomobil yolu çöküb.

7News.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 2 avtomobil və bir neçə nəfər çuxura düşüb.

Məlumata görə, avtomobildəkilərlə birlikdə ümumilikdə 6 nəfər torpaq altında qalıb.

Hadisə yerinə 43 xilasedici və 14 ədəd qazma işi aparan texnika cəlb edilib. Xilasedicilərin bir neçə saatlıq çaışmalarından sonra 2 nəfərin cəsədini çıxarmaq mümkün olub.

Yolun aramsız yağışlardan səbəbindən çökdüyü ehtimal edilir.

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ