Yol polisindən qeyri-adi xidmət; “07” ilə gəlib cərimə yazıb getdilər (VİDEO)
Gəncədə gizli yol polisləri peyda olub.
7news.Az avtosfer.az-a istinadən verdiyi məlumata görə, həmin DYP əməkdaşları "VAZ 2107” markalı avtomobillə fəaliyyət göstərirlər. Belə ki, üzərində DYP-ə məxsusluğunu göstərən heç bir nişan olmayan maşında gəzən yol polisləri vətəndaşların maşınlarının fotolarını çəkərək uzaqlaşırlar.
DYP əməkdaşları əllərində bort kompüter və telefonla dayanma-durma qaydalarını pozan avtomobillərin fotolarını çəkirlər.