7News.Az xəbər verir ki, ölkə başçısının 6 iyul tarixində verdiyi sözügedən fərmanın icrasına artıq başlanılıb. Belə ki, bir neçə gündür ki, Bakı şəhərində DYP əməkdaşları dayanma, durma və parklanma qaydalarına riayət etməyən sürücülərə cərimə yazmırlar.
Bununla bağlı DYP əməkdaşlarına bir neçə gün öncə göstərişlər verilib.
Xatırladaq ki, sözügedən fəramana əsasən artıq bu cərimələrin yazılması Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətlərinə verilmişdi. Məlumata görə, BNA-nın tərkibində bu işlə bağlı işlər yekunlaşmaq üzrədir. Bir digər məlumata görə paytaxtda yeni parklanma sisteminin qurulacağı gözlənilir.
7News.Az








