Borular və insanlar yük yerində daşınır. Boruların bir hissəsi yük yerindən kənara çıxıb. İnsanların bəzisi elə boruların üzərində əyləşib, bəzisi isə ayaq üstə dayanıb. Yük yerinin arxa qapısı yoxdur, insanlar hər an oradan yıxıla bilər.
7news.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntüləri sürücülərdən biri çəkib.
Qeyd edək ki, yol hərəkəti haqqında qanunun 56-ci maddəsinə görə yük avtomobillərinin banında yalnız bir şərtlə adamların daşınmasına icazə verir. Onlar üçün xüsusi oturacaqlar olmalı, təhlükəsizlik kəməri ilə təmin edilməlidir. Bu vəziyyətdə yük maşınını idarə edən sürücü inzibati xətalar məcəlləsinə görə 3 bal və 60 manat cərimə edilir.
7news.Az








