RU
12:31
3511

"Yuğ" teatrının sökülməsinin pərdəarxası

Bugünlərdə mətbuatda "Yuğ" teatrının başqa binaya köçürülməsi ilə bağlı məlumatlar dərc edildi. 7News.az-ın məlumatına görə proses Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işlərinin aparılması qərarından sonra başladı.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək.

YUĞ teatrının direktoru Tərlan Rəsulov teatrın sökülməsi haqda danışarkən “Mədəniyyət və Turizm Nazirliyinin qərarını gözləyirik” deyərə münasibət bildirib. O, məsələnin hələ tam şəkildə təsdiqini tapmadığını deyib: “Hələ ki, ortada dəqiq bir şey yoxdur. Bu haqda Mədəniyyət və Turizm Nazirliyinin bizə məlumat verməsini gözləyirik. Amma tamaşaçılara onu deyim ki, YUĞ teatrı fəaliyyətini dayandırmayacaq. Biz daim yaradıcı işimizi davam etdirəcəyik”.

Hadisə ilə bağlı redaksiyamıza daha bir ilginc məlumat daxil olub. Belə ki, Vaqif İbrahimoğlunun əsasını qoyduğu teatr tarixi binada yerləşir. Tarixi binaların isə sökülməsinə icazə verilmədiyini nəzərə alsaq “Yuğ” teatrının başqa binaya hansı səbəbdən köçürülməsi də sual doğurur. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrında dəfələrlə olub və teatrın inkişafına daima diqqət və qayğı göstərib. Belə olan təqdirdə binanın köçürülməsini teatra qarşı qərəz kimi qəbul etmək olar. İddialara görə teatrın binası biznes nöqteyi-nəzərdən əlverişli məkanda yerləşdiryinə görə hansısa iş adamın hədəfinə tuş gəlib. Bəlkə də bu addımın arxasına teatrı “padvala” qərq etməklə məhv edilməsi planı dayanır.

İstənilən halda mədəniyyətimizi inkişaf etdirmək və yaşatmaq lazımdı. Mədəniyyətin boğulması, məhv edilməsi millətə qarşı həyata keçirilə biləcək ən güclü terrordur.

Bütün tərəflərin münasibətini dərc etməyə hazırıq

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ