Basketbol üzrə dördlər turniri (Final Four) üçün İstanbula gələn bir qrup azarkeş Taksim meydanında asayişi pozub.
7News.az xəbər verir ki, Yunanıstanın "Olimpiakos" klubunun tərəfdarları meydanda havaya fişəng ataraq şüarlar səsləndiriblər. Ətrafdakı insanların müdaxiləsi nəticəsində dava düşüb.
Hadisə nəticəsində 6 yunan azarkeşin xəsarət aldığı bildirilir. Yaralılardan biri ayağından bıçaqlanıb.
Polis 4 nəfəri saxlayıb.
7News.az










