RU
Yunanıstan Qırmızı dənizdə təhlükəsizlik koalisiyasına qoşulacaq
21:27
32

Yunanıstan Qırmızı dənizdə təhlükəsizlik koalisiyasına qoşulacaq

Yunanıstan Hərbi Dəniz Qüvvələrinin freqatı Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq əməliyyata qatılacaq.

7News.Az Yunanıstanın "Katimerini” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Nikos Dendias bildirib.

"Yunanıstan ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli qüvvələr koalisiyasına öz dəniz freqatını göndərəcək. O, kommersiya gəmilərinin Qırmızı dənizə maneəsiz çıxışını dəstəkləyəcək”, - o qeyd edib.

Yaxın günlərdə Yunanıstan Hərbi Dəniz Qüvvələrindən bir komandanın Qırmızı dəniz əməliyyatı üçün koordinasiya mərkəzinin yerləşəcəyi Bəhreynə yollanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ