RU
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü
17:41
535

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ