RU
Zakir Həsənov Rusiyaya gedir
14:08
1419

Zakir Həsənov Rusiyaya gedir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

Bu barədə 7news.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ