RU
Zakir Həsənov Türkiyəyə gedəcək
17:24
579

Zakir Həsənov Türkiyəyə gedəcək

Azərbaycan Müdafiə naziri Türkiyəyə səfər edəcək.

Müdafiə Nazirliyindən 7news.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən "Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.

Aprelin 11-də başlayan "Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ