RU
Zaqatalada 84 yaşlı kişi intihar edib
17:18
1302

Zaqatalada 84 yaşlı kişi intihar edib

Zaqatalada intihar hadisəsi baş verib. 

Bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub.

Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ