RU
Zaqatalada ağır yol qəzası
17:00
556

Zaqatalada ağır yol qəzası

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) 7news.Az-a verilən məlumata görə, avqustun 5-də, saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ