RU
Zaqatalada maşın qəza etdi
18:12
1627

Zaqatalada maşın qəza etdi

Zaqatalada ağır yol qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Mayis Sadiqov idarə etdiyi Mersedes markalı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini 25 yaşlı İntiqam  Bəkirovun idarə etdiyi vaz 21-06 markalı avtomobillə toqquşub. Nəticədə 06 –da olan sərnişin 83 yaşlı Pərixan Hacıyeva hadisə yerində dünyasını dəyişib. VAZ 21-06-nin sürücüsü və digər sərnişinlər Qazangül qəsəbə sakinləri 40 yaşlı Sevil Hacıyeva, 20 yaşlı Zöhrə Hacıyeva, 13 yaşlı Abdurrahman Hacıyev, Mersedesdə olan sərnişinlər 52 yaşlı Mədinə Mustafayeva və 23 yaşlı Gülnar Sadiqova müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıb.  Faktla bağlı araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ