RU
Zaqatalada qanunsuz ov edən qohumlar saxlanılıb
20:20
474

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı onların rayon sakinləri, qohumlar - İlqar Bayramovla Bəxtiyar Musayev olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti aşkar edilərək götürülüb.

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ