RU
Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb – YENİLƏNİB
00:37
197

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb – YENİLƏNİB


 

Özbəkistan tarixində ilk növbədənkənar prezident seçkilərində ölkənin bütün seçki məntəqələrində səsvermə başa çatıb.

Lakin bəzi xarici seçki məntəqələrində səsvermə hələ də davam edir. Bu barədə bazar günü Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Saat fərqinə görə səsvermənin yalnız ABŞ-də davam etdiyi vurğulanıb.

14:47

Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkorov deyib.

Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.

Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ