RU
Zelenski ABŞ Konqresində belə qarşılandı - Video+Fotolar
11:30
272

Zelenski ABŞ Konqresində belə qarşılandı - Video+Fotolar

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 21-i ABŞ-yə rəsmi səfər edib və ölkə Prezidenti Co Baydenlə görüşüb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresində çıxış edib.

Zelenski ABŞ Konqresində alqışlarla qarşılanıb. Bununla yanaşı, qeyd olunur ki, Konqres üzvləri Ukrayna liderini çıxışı zamanı 21 dəfə ayaq üstə alqışlayıb.

O, çıxışında Amerika xalqına öz dəstəyinə görə təşəkkür edib. Zelenski, həmçinin Ukraynaya növbəti yardımların göstərilməsi üçün çağırış edib, ukraynalıların hazırda hansı şəraitlərdə yaşadığı barədə danışıb.
 


 

 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ