RU
Zelenski: “Dəniz və pivə içmək istəyirəm”
23:00
530

Zelenski: “Dəniz və pivə içmək istəyirəm”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədən sonrakı vəziyyət haqqında danışıb.

Bu barədə Zelenski "Netflix”də David Letterman ilə "Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı xüsusi proqrama müsahibə verib.
O bildirib ki, qələbədən sonra gələcəyini hələ düşünmədiyini, lakin o vaxta qədər vəzifəsində qalacağını bildirib.

"Qələbəmizə qədər mən mütləq prezident olacağam. Sonrasını heç düşünmürəm. Hələ düşünmürəm, hazır deyiləm. Açığını deyim, David, mən dənizə getmək istəyirəm. Müharibədə qələbə qazanandan sonra dəniz və pivə içmək istəyirəm”,- deyə Zelenski bildirib.

Zelenski bildirib ki, Ukraynada müharibə Putin öləndə bitəcək./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ