Bu gün Ukraynada Krım Platforması sammiti keçirilib.
7NEWS.Az xəbər verir ki, adıçəkilən ölkənin lideri Vladimir Zelenski Krımın "geri qaytarılması" üçün hər cür səy göstərməyə hazır olduğunu bəyan edib və sammitdə beynəlxalq tərəfdaşlarla işləməyin "Rusiyanı danışıqlar masasına oturmağa məcbur edə biləcəyinə" ümid etdiyini bildirib.
Zelenski, Krımla bağlı bu istiqamətdə işləmək üçün "möhkəm siyasi zəmin yaradacaq" beynəlxalq bəyannamənin qəbul edildiyini açıqlayıb.
"Bu gün - 23 avqust yarımadamızın azad edilməsi üçün geri saymağa başlayırıq. İşğal Moskvada başladı və Kiyevdə bitəcək", - Zelenski deyib.
7NEWS.Az








