RU
Zelenski Krımın Ukraynaya qaytarılması planını açıqladı:
20:30
455

Zelenski Krımın Ukraynaya qaytarılması planını açıqladı: "Bu ölkələrlə razılaşmışıq..."

Ukrayna 2035-ci ilə qədər böyük bir donanma qurmağı və onun köməyi ilə Krımı qaytarmağı planlaşdırır.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

"Donanmamıza gəldikdə, bu, üç mərhələdən ibarətdir. 2035-ci ilə qədər böyük bir donanmanın inşası. Birinci mərhələni mütləq 2024 -cü ilə qədər reallıqda görəcəyik. İkinci mərhələ 2030-cu ilə, üçüncüsü 2035-ci ilə qədər uyğun gəlir", deyə Ukrayna Prezident Aparatının rəsmi saytı Vladimir Zelenskinin sözlərini sitat gətirir.

Ölkə lideri bildirib ki, Kiyev yeni donanmanın köməyi ilə Qara dəniz və Azov sahillərini "blokadadan çıxarmağı" və Krımı qaytarmağı planlaşdırır.

Zelenski artıq Türkiyə və Böyük Britaniya ilə razılaşması olduğunu açıqladı.

Prezidentin sözlərinə görə, hazırda Ukraynada kiçik sualtı qayıqların, korvetlərin və hərbi gəmilərin inşası üçün bir struktur yaradılır. Kiyev hərbi dəniz bazalarını da inkişaf etdirməyi planlaşdırır. Zelenski, bazanın ilk olaraq Zaporojye vilayətinin cənubunda, Berdyanskda inşa ediləcəyini söylədi.

Prezident Ukraynanın Avropa Birliyi, Böyük Britaniya və ABŞ-dan kömək umduğunu ifadə etdi. Zelenskinin sözlərinə görə, Kiyev artıq Londondan bu layihəyə tam dəstək alıb. Həmçinin Ukrayna rəhbəri ABŞ prezidenti Co Baydenlə görüşməyi və onunla donanmanın inkişafını müzakirə etməyi planlaşdırır./olke

 

7NEWS.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ