RU
Zelenski:
21:10
783

Zelenski: "Rusiya Ukraynanın NATO-ya üzv olması üçün yol açır"

"Hiss edirəm ki, Rusiya 2014-cü ildən bəri Ukraynanı NATO-ya doğru itələyir”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra deyib. O bildirib ki, Ukrayna son illərdə özünü NATO-nun bir hissəsi kimi görür, xüsusən 2014-cü ildə Krımın ilhaqından sonra NATO-ya üzv olmasını istəyən ukraynalıların sayı artıb:

"Bildiyiniz kimi, NATO-dakı 30 müttəfiqin heç də hamısı Ukraynanın üzvlüyünü dəstəkləmir. Hiss edirəm ki, Rusiya 2014-cü ildən bəri Ukraynanı NATO-ya doğru itələyir. Bu, mənim fikrimdir. Rusiya Ukraynanın NATO üzvü olmaq yol açır. Bu, ağrılıdır"./olke

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ