Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın bərpası üçün 800 milyard dollara qədər vəsait tələb oluna biləcəyini deyib.
7NEWS.Az xəbər verir ki, o bu barədə "Fransa Müəssisələr Hərəkatına” (MEDEF) müraciətində deyib. "Ölkənin bərpası üçün təxminən bu məbləğ tələb olunur”, Zelenski deyib.
O hazırda Ukraynanın təhsil, liman, nəqliyyat və yaşayış sahəsindəki infrastrukturun bərpasının prioritet olduğunu deyib.
7NEWS.Az








