RU
Zelenski Ukraynaya son gündə endirilən raket zərbələrinin sayını açıqlayıb
22:20
412

Zelenski Ukraynaya son gündə endirilən raket zərbələrinin sayını açıqlayıb

"Noyabrın 15-də Ukrayna ərazisinə, əsasən enerji obyektlərinə olmaqla, 85 raket zərbəsi endirilib”.

7NEWS.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Ukrayna lideri qeyd edib ki, daha 20-yə yaxın zərbə endiriləcəyi gözlənilir.

"Bilirəm ki, raket zərbələri bir çox şəhərlərdə enerjimizi kəsib. Ona görə də sizdən çox xahiş edirəm: özünüzə diqqət edin və bir müddət sığınacaqlarda qalın. Enerji ötürülməsinin bərpası üzərində işləyirik, biz hər şeyi bərpa edəcəyik, hər şeyin öhdəsindən gələcəyik”, - o bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ