7NEWS.az xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Şimali Koreya əsgərlərinin Ukraynada Rusiya ordusu ilə yanaşı döyüşmək üçün yerləşdirildiyini iddia edib. Zelenski Şimali Koreyanı Rusiyaya silah, işçi və əsgər verməkdə ittiham edib. Brüsseldəki NATO toplantısında danışan Zelenski Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün ümumilikdə 10 min əsgər göndərməyə hazırlaşdığını iddia edib.








