7NEWS.az xəbər verir ki, Ukrayna lideri Volodomir Zelenski Telegram-da paylaşdığı videomüraciətində geyindiyi köynəklə sosial media istifadəçilərinin diqqətini çəkib. ABŞ prezidentliyinə namizəd Trampın məşhur şüarına istinad edən köynək Kremli qəzəbləndirib. Rusiya Xarici İşlər Nazirliyinin köynəklə bağlı cavabı gecikməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova X hesabında etdiyi paylaşımda "Nə qədər kiçik? Sovet İttifaqı qədərmi? Rusiya İmperiyası qədərmi?" – deyə soruşdu.








