RU
Zelenskinin ofisi: İtirilən ərazilər mütləq Ukraynaya qayıdacaq
18:30
239

Zelenskinin ofisi: İtirilən ərazilər mütləq Ukraynaya qayıdacaq

Düşmənlə döyüşdə itirdiyimiz ərazilərlə bağlı xəbərlərdən qorxmaq lazım deyil.

7NEWS.Az Ukranews.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.
"Bu müharibədir. Taktiki manevrlər gedir. Nəyisə veririk, nəyisə də alırıq. Rusiyalılar çoxdur, texnikaları çoxdur. Sözsüz ki, müharibə çox intensiv gedir, amma elə etməliyik ki, onların müvəqqəti ələ keçirdikləri istənilən kənd ruslara böyük qan hesabına başa gəlsin, onları yormalıyıq”, - o deyib.

Podolyak peşəkar hərbçilərin döyüşdüyünü və itirilən ərazilərin mütləq Ukraynaya qayıdacağını əlavə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ