RU
Zəlzələdə türk vətəndaşın həyatını xilas edən İlham tapıldı:
18:00
959

Zəlzələdə türk vətəndaşın həyatını xilas edən İlham tapıldı: "Fənər işığı gördüm" - VİDEO

Türkiyədəki zəlzələdə qardaş ölkə vətəndaşı Selçuk Aydemiri xilas edən azərbaycanlı İlham tapılıb.

Bu barədə İTV kanalında bildirilib.

"Sabaha saxlamayaq" verilişinə gələn İlham həmin zəlzələ anını belə xatırlayıb:

"Mən ora iş görüşməsi üçün getmişdim. Səfərim fevralın 2-si və 5-i tarixlərində oldu. Artıq ayın 5-i mən Azərbaycana qayıtmalı idim. Uçuşlar təxirə salındığından gediş-gəliş mümkün olmadı. Gecə zəlzələ oldu. Divarlar üstümə yağanda artıq gördüm ki, vəziyyət ciddidir.

Həmin vaxt otel ayaqda qala bilmişdi. 40-45 dəqiqə sonra polislər gəldi. Təsadüfən yuxarıda kiminsə fənərlə işıq saldığını gördüm. Polisə yaxınlaşdım, yuxarıda kiminsə olduğunu dedim. Sonra 13-cü mərtəbəyə qalxdım. 14-cü mərtəbədə bir adam var idi, Selçuk bəydən əvvəl onu xilas etdim.

13-cü mərtəbədə isə Selçuk bəyi xilas etdim. 6-cı mərtəbədə isə avstraliyalı turist var idi. Onu xilas edə bilmədim. Onu xilas etmək üçün kömək çağırdım.

Ətraflı videoda:
 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ