RU
Zəngilana qayıdacaq şəxslərə bunlar pulsuz veriləcək - VİDEO
15:08
110

Zəngilana qayıdacaq şəxslərə bunlar pulsuz veriləcək - VİDEO

İşğaldan azad olunmuş ərazilərə qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görülür.

 Zəngilan rayonunun Ağalı kəndində yerləşəcək sakinlər üçün təlimlər də keçirilib.

Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib. Təlim zamanı iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar./big

 7News.Az




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ