RU
Ziya Məmmədov İrana səfər edəcək
11:00
482

Ziya Məmmədov İrana səfər edəcək

Nəqliyyat Nazirliyi məlumat yaydı.

Dekabrın 23-də İranın paytaxtı Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.

İclasda Nəqliyyat Naziri Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək.

“Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.

Yekun olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub”, - deyə nazirlikdən qeyd edilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ