Paytaxtda ziyarətə gedən şəxs geri qayıtmayıb.
7News.Az bildirir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini Ağabala Şərifovdan ailəsi iki aya yaxındır ki, ondan xəbər ala bilmir.
Ağabala Şərifovun qızı Zenfira Şərifova deyir ki, o Mərdəkanda yaşadığı bağ evindən ziyarətə getmək adı ilə çıxıb.
Zenfira Şərifovanın sözlərinə görə, atasının yaşı çox olsa da, fiziki cəhətdən sağlam olub.
İndi onun övladları və yaxınları Ağabala Şərifovun yolunu gözləyir. Onlar atalarından xəbər verən şəxsi mükafatlandıracaqlarını deyirlər.
Məsələ ilə bağlı Xəzər Rayon Polis idarəsinin 1-ci polis şöbəsindən itkin faktını təsdiqlədilər. Bildirildi ki, Ağabala Şərifovun tapılması üçün şöbənin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. /xezerxeber.az

7News.Az