Türkiyənin Zonquldağ şəhərində dünən axşam saatlarında 50 metr yüksəklikdən uçuruma düşən avtobusda həyatını itirən 9 nəfər son mənzilə yola salınıb.
7News.az "Haberler"ə istinadla bildirir ki, Zonquldağın Ereğil mahalında dünən axşam saatlarında 50 metr yüksəklikdən yerə çırpılan avtobusda ölən 9 nəfərin cəsədi Esenyurt kəndində təşkil olunan yas mərasimi ilə torpağa tapşırılıb.
Yas mərasimində 9 nəfərin tabutunun ard-arda düzülməsi şəhər sakinlərini məyus edib.
Qeyd edək ki, İstanbulun Pendik mahalından yola çıxan avtobusun içərisində 28 nəfər olub. Avtobus qarşısına çıxan yük maşını ilə toqquşub. İdarəetməsi itirən avtobus 50 metr yüksəklikdən yerə çırpılıb.
7News.az










