RU
Özünü peyğəmbər kimi təqdim edən din xadimi öldürüldü: TERROR
16:40
430

Özünü peyğəmbər kimi təqdim edən din xadimi öldürüldü: TERROR

Somalidə "Əl Şebab" terror təşkilatı Galkayo şəhərində din mərkəzinə bomba yüklənmiş avtomobillə partlayış törədib.

7News.Az "Euronews" -a istinadən bildirir ki, hadisə zamanı çoxlu sayda yaralı və ölən var.

Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı atışma davam etsə də, qadınlar və uşaqlar da daxil olmaqla ən azı 10 nəfər həyatını itirib.

Hadisədən dərhal sonra "Əl Şəbab" terror təşkilatı hadisəni onların törətdiklərini etiraf edib. Açıqlamada deyilir: "Peyğəmbərimizi təhqir edən bir din xadiminin başçılıq etdiyi mərkəzə terror hücumu etdik. Atışma davam edir".

Qeyd edək ki, öldürülən Abdiveli adlı din xadimi özünü peyğəmbər kimi təqdim etməkdə ittiham edilirdi. 
Abdiveli peyğəmbərlik iddialarını inkar edərkən, Muduq vilayətinin qubernatoru Abdiraşid Haşi isə din xadiminin dəfələrlə onu hədələdiyini bildirib.

Bölgədə yaşayan insanlar Abdivelinin düşərgəsində həmişə musiqi səsləri gəldiyini və gənclərin rəqs etdiyini deyirlər. Onların fikrincə, din xadiminin öldürülməsinin əsl səbəbi bu olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ