İngiltərənin Nottingemşir qraflığının Nottingem şəhərindən olan Ruminiya əsilli 28 yaşlı Laura Andreoyu 10 il sonra ilk dəfə oğlunu görüb və bir neçə gün keçdikdə dünyasını dəyişib.
Bu barədə "Nottingham Post" qəzeti yazır.
Belə ki, Andreoyunun 11 yaşlı oğlu İspaniyada qohumları ilə yaşayır. Sonuncu dəfə ana onu bir yaşında olarkən görüb. Qadın 10 il oğlunu yenidən görmək arzusuyla yaşayıb, lakin arzusuna çatdıqda dünyasını dəyişib.
İyulun 14-də oğlan anasına "Facebook"da dostluq göndərib və onlar videozəng vasitəsi ilə danışıblar.
Qadın sevincək bu xəbəri Rumıniyada yaşayan 49 yaşlı anası Lorena Baruta çatdırıb və onlar üçü birlikdə, qrup şəklində onlayn söhbət ediblər.
Lakin qadınların sevinci uzun çəkmədi. Cəmi 4 gün sonra, iyulun 18-də Andreoyuya baş çəkməyə gələn dostu onu huşsuz halda yerdə uzandığını görüb.
Xəstəxanaya çatdırılan qadın qara ciyər və böyrəklərindəki problemlərə görə iki gün sonra dünyasını dəyişib.
Andreoyunun anasının sözlərinə əsasən, Laura çətin həyatına görə təskinliyi içkidə görüb.
Barut təcili olaraq Rumıniyadan İngiltərəyə yollanıb və qızını ölümündən bir neçə saat öncə görə bilib.
Barutun sözlərinə görə, ən çətini nəvəsinə Lauranın ölüm xəbərini demək idi:
"Nəvəm xəbəri aldıqda bütün gün ağlamışdı. Sanki uşaq ikinci dəfə anasını itirmişdi. Ürəkdağlayan bir hadisə idi".










