“12-ci gecə, yaxud hər nə istəsəniz” yenidən teatrsevərlərin görüşünə gələcək

“12-ci gecə, yaxud hər nə istəsəniz” yenidən teatrsevərlərin görüşünə gələcək
Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin "12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
  Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, videovizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
 
 

  Tamaşada rolları Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev və Rəşad Bəxtiyarov və başqaları canlandıracaq.
  Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulacaq. Səhnə sərinin orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət olunacaq. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer veriləcək.

Xəbər lenti