ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
ABŞ-nin Oreqon ştatının Bend şəhərində məktəbə silahlı hücum edərək dörd nəfərin ölümünə səbəb olan Qriffin Conun əvvəllər həmin təhsil müəssisəsində oxuduğu məlum olub.
Bu barədə şəhər polisinin rəisi Mayk Krants mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, oktyabrın 15-də silahlı hücumu həyata keçirən şəxs əvvəllər "Silver Rail” ibtidai məktəbinin şagirdi olub.
"Onun silah və döyüş sursatlarını necə əldə etdiyi hələ də araşdırılır. Hazırda bu məsələ ilə bağlı əlavə məlumat verə bilmirəm”, – polis rəisi deyib.
Krants bildirib ki, cinayətin motivi hələlik müəyyən edilməyib.
Xatırladaq ki, məktəbdə baş verən atışma nəticəsində 5–11 yaş arasında üç uşaq və 25 yaşlı müəllimə həyatını itirib.
Hücum edən şəxs hadisə zamanı öldürülüb. CNN-in məlumatına görə, o, 16 yaşında olub.
Hadisə nəticəsində yaralanan 54 yaşlı müəllim və 7 yaşlı uşaq isə xəstəxanada müalicə alırlar.