RU
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
10:20
33

SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan supertankerin minaya toxunması nəticəsində partlayış və güclü yanğın baş verib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, tanker bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd göstərib. Gəminin heyəti bu məqsədlə ABŞ hərbçilərinin dəstəyindən yararlanmağa çalışıb.

Tankerin adı, hadisənin dəqiq vaxtı və yeri açıqlanmır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ