Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib.
"News-Armenia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP17) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Biz, məsələn, bazar ertəsi və ya sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik”, – nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, tərəflər arasında dialoq kifayət qədər intensivdir və münasibətlərin normallaşdırılması prosesi əhəmiyyətli dərəcədə irəliləyib. O bildirib ki, Ermənistan sərhədi sərnişin və yük daşımaları üçün açmağa hazırdır.
Nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yekun qərar istənilən vaxt qəbul edilə bilər.








