RU
Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu
16:50
33

Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsinin cənub sahillərində 6.9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidməti məlumat yayıb. Yeraltı təkanlar dünən yerli vaxtla saat 15:35-də (Bakı vaxtı ilə bu gün 07:35-də) qeydə alınıb.

Zəlzələnin episentri quruda, Petropavlovsk-Kamçatskdan 156 km cənub-qərb istiqamətində yerləşib. Təbii fəlakətin ocağı isə 138 km dərinlikdə olub.

İnstrumental göstəricilərə əsasən, bu zəlzələ Petropavlovsk-Kamçatsk ərazisində beş bala qədər güclə hiss edilib.

İtki və dağıntı barədə məlumat verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ