RU
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
15:50
28

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Sərhəd Qoşunlarının "Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
 
 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ