7News.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatında, təxminən üç il ərzində istismara məruz qaldıqları ehtimal edilən 9 uşaq (yaşları 1 ilə 13 arasında dəyişir) bir evdən xilas edilib. İddialara görə, uşaqlar qəfəslərdə saxlanılıb, yeməksiz və susuz qoyulub, həmçinin ayaq barmaqlarının arasına mıxlar qoyularaq saatlarla hərəkətsiz qalmağa məcbur ediliblər. Həşəratlarla dolu olan bu evdə baş verənlərlə əlaqədar valideynlər nəzarət altına alınıb, uşaqlar isə dövlət himayəsinə götürülüb.








