Bu barədə ASGA sədri, 7NEWS.az saytının rəhbəri öz sosial şəbəkəsində paylaşım edib: "Bu gündən etibarən, 15 oktyabr tarixinədək Polşaya səfərim başlayıb. Varşavada keçirilən İnsan Ölçüsü üzrə Varşava Konfransında Azərbaycan-Slavyan Gənclər Assosiasiyası (ASGA) adından gənclər panelində, 7NEWS.az adından isə media azadlığı panelində iştirak edəcək və çıxış edəcəyəm. Səfərim QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Bu gün istirahət günü olsa da, Varşavada Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ilə görüşdüm. Bakı Slavyan Universitetinin Jurnalistika şöbəsinin müdiri olduğum dövrdə cənab Yuşşenko BSU-ya səfər etmişdi. Həmin vaxt onunla şəxsən görüşmüş, ukrayna dilində xeyli söhbət etmişdik. Bu dəfə də ukrayna dilində söhbətimizi davam etdirdik, regional və geosiyasi prosesləri müzakirə etdik. Cənab Yuşşenko ASGA-nın fəaliyyətini bəyəndiyini bildirdi."








